Beynəlxalq Valyuta Fondu (IMF) hələ də ABŞ-nin Federal Ehtiyat Sisteminin (FED) 2024-cü ildə monetar siyasətini yumşaltmağa doğru addım atacağını gözləyir.
“İki sahil” xəbər verir ki, bu barədə IMF-nin baş iqtisadçısı və Tədqiqatlar Departamentinin direktoru Pyer-Olivye Qurinşa bildirib.
“ABŞ-nin 2024-cü ildə müəyyən bir nöqtədə monetar siyasətini yumşaldacaq vəziyyətdə olacağını gözləməyə davam edirik”, - o, brifinqdə FED-in monetar siyasətini yumşaltması ehtimalını şərh edərkən deyib.
IMF-in baş iqtisadçısının sözlərinə görə, FED inflyasiya ilə mübarizədə və Amerika iqtisadiyyatında sabitliyin qorunmasında böyük irəliləyiş əldə edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır