Sabah Astara və Yardımlı rayonlarının bəzi ərazilərində qaz kəsiləcək.
“İki sahil” xəbər verir ki, Astara rayonu ərazisində yerləşən Maşxan, Təngərüd, Kakalos, Pensər, Şiyəkəran, Kolatan, Balaca Şahağacı, Qamışovka, Çayoba, Şahağac kəndləri və Siyəkü inzibati ərazi dairəsini təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xəttində mövcud olan sızmaların aradan qaldırılması üçün sabah saat 14:00-dan işlər yekunlaşana qədər ümumilikdə 6600 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin Yardımlı rayonu ərazisində yerləşən “Əngəvül əhali” ölçü qovşağında görüləcək təkmilləşdirmə işləri ilə əlaqədar sabah saat 14:00-dan 16:00-dək Əngəvül, Bilnə, Bürzünbül, Vərgədüz, Züvüç və Zövnə kəndlərinin ümumilikdə 610 abonentinin qaz təchizatının "Əngəvül" qaz paylayıcı stansiyadan dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır