Bu il “Azərbaycan Dəmir Yollar” QSC-nin (ADY) dəmiryol xətlərinə 30-a yaxın kənar müdaxilə edilib, 10 daşatma hadisəsi qeydə alınıb.
ADY-dan “İki sahil”ə verilən məlumata görə, təkcə son 2 gündə ADY qatarlarına 3 daşatma faktı qeydə alınıb.
Məlumata görə, daşatma zamanı qatarlara ciddi ziyan dəyir, sərnişinlər, maşinist və bələdçilər təhlükə ilə üzləşir, sərnişinlərin və yüklərin vaxtında daşınmasında gecikmələr yaranır.
“Bu əməlləri törədənlər cəzasız qalmır, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar və dövlət əmlakına vurduqları maddi ziyanı qarşılamalı olurlar”, - məlumatda qeyd olunur.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır