Bu il aprelin 1-nə Azərbaycanda 1 milyon 537 min 952 vergi ödəyicisi uçotda olub.
“İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-nə nisbətən 7,5 % çoxdur.
Vergi ödəyicilərinin 87,3 %-i fiziki şəxslər, 12,7 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 7,4 % (ümumi artımın 86,5 %-i), hüquqi şəxslərin sayı isə 8 % (ümumi artımın 13,5 %-i) artıb.
Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 % olub. Kommersiya qurumlarının sayı 179 026 vahid təşkil edib və illik müqayisədə 8,7 % artıb.
Bu ilin yanvar-mart aylarında ölkədə 2 825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2,544-ü (90,1 %) yerli investisiyalı, 281-i (9,9 %) xarici investisiyalı qurumlardır.
Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2 198-i (77,8 %-i) elektron qaydada, 627-si (19,3 %-i) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 %-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
3 ay ərzində qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 86,8 % təşkil edib. Kommersiya qurumlarının 2 198-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 1 892-si "Asan İmza", 306-sı yeni üsul ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 % təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır