Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla ölkəmizdə səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakalanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ADY-dən “İki sahil”ə verilən məlumata görə, görüş zamanı ADY ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı müzakirə edilib, nümayəndə heyətinə regionda həyata keçirilən dəmiryol layihələri, işğaldan azad olunmuş ərazilərimizdə yenidən qurulan dəmiryol infrastrukturu, həmçinin Orta Dəhiz və onun artmaqda olan əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır