17 aprel 2024 16:21
468

“Bravo, Müzəffər” demək növbəsi sənindir, Osmanqızı! - VİDEO

Dünəndən Azərbaycanda yeni bir tarix yaşanır. Rusiya sülhməramlıları vaxtından əvvəl ölkəmizi tərk etməyə başlayıblar. Hər iki ölkənin rəsmi şəxsləri açıqlama verərək faktı təsdiqləyiblər. Ən son Prezidentin köməkçisi Hikmət Hacıyev sülhməramlıların çıxarılmasının hər iki ölkənin ali rəhbərliyi tərəfindən verilən qərarla həyata keçirildiyini bildirib.

“İki sahil” xəbər verir ki, sülhməramlıların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasının hansı miqyaslı hadisə olduğunu yəqin ki, uşaqdan böyüyə dərk etməyən kimsə yoxdur. İlk cümlədə vurğuladığımız kimi bu, Azərbaycan tarixinə Şuşanın azadlığı, Xankəndinin suverenliyi kimi düşəcək. 

Baxmayaraq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə, daha sonra antiterror tədbirləri ilə suverenliyi tam şəkildə bərpa edəndə, Xankəndidə parad keçirib Novruz tonqalı qalayanda yenə də kimlərsə tapılıb, ortaya çıxıb ürək bulandırırdılar. Yeganə arqument də nə idi, bəs sülhməramlılar nə vaxt çıxacaq?

Hətta Azərbaycanın əleyhinə gecə-gündüz bilmədən təbliğat aparan Sevinc Osmanqızı efirdə deyirdi ki, əgər sülhməramlılar Azərbaycandan çıxsa, o, Prezident İlham Əliyevə müraciət edərək “Bravo!, Müzəffər, Birinci” ifadələrini işlədəcək.

İndi isə o gün gəldi, doğrudan da, Müzəffər Ali Baş Komandan özünün dediyi kimi nəyi, nə vaxt edəcəyini yaxşı bilir. Ümid edək ki, heç olmasa, gecə-gündüz sülhməramlı sözünü ağzından buraxmayan Sevinc Osmanqızı, Əli Kərimli və onlarkimilər bundan sonra nəsə danışanda ədəbli ifadə etsək, ən azından məsuliyyət daşıyarlar.

İndi isə əlavə şərh vermədən, “Bravonu, Müzəffəri” Sevinc Osmanqızının öz dilindən eşidək...(“Qafqazinfo” )