17 aprel 2024 17:07
202

Netanyahu Almaniya və Britaniya nazirləri ilə görüşüb: İsrail nə lazımdırsa edəcək

İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb. Görüşdən sonra açıqlama verən Netanyahu bildirib ki, İsrail özünü müdafiə etmək üçün lazım olan hər şeyi edəcək.

Bu barədə “İki sahil” NTV-yə istinadən xəbər verir.

İranın hücumuna işarə edən Netanyahu qeyd edib:

 "Bunu açıq şəkildə bildirmək istəyirəm; öz qərarlarımızı özümüz verəcəyik və İsrail dövləti özünü müdafiə etmək üçün lazım olan hər şeyi edəcək".

Eyni zamanda, Qəzza zolağında bir müddətdir gözlənilən aclıq iddialarını rədd edən Netanyahu bildirib ki, zolağa kifayət qədər yardım çatdırılır.