17 aprel 2024 23:05
244

Xoşbəxtliyə gedən yol mədədən keçir

Meqapolislər stresə bürünmüşdür. İnsanlar antidepresant almaq üçün apteklərə qaçırlar, lakin əksər dərmanlar reseptsiz satılmır və özünü müalicə etmək təhlükəlidir. "Rusiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" sağlamlıq verilişində mütəxəssislər tamamilə melanxolik və ümidsizlikdən əziyyət çəkən insanların nə etməli olduğu barədə danışıblar.

Psixiatrlar etiraf ediblər ki, bəzi hallarda ümidsizlik və pis əhval-ruhiyyə problemini həll etmək üçün pəhrizinizi bir az dəyişdirmək, bəzi sağlam vərdişlər əlavə etmək kifayətdir. Axı, serotoninin təxminən 70% -i bağırsaq hüceyrələri tərəfindən istehsal olunur, yəni xoşbəxtliyə gedən yol mədədən keçir.

Rusiyalı dietoloq Marina Makişa pendirə (triptofan mənbəyi), yağlı dəniz balıqlarına (Omeqa-3 mənbəyi) və dazıotu çayına (bioloji aktiv maddələrin mənbəyi) pəhrizdə xüsusi yer verməyi məsləhət görür. Bu məhsullar tərkibindəki amin turşuları sayəsində serotonin istehsalını təşviq edir, yəni əhval-ruhiyyəyə müsbət təsir göstərir.

Nubar Süleymanova, “İki sahil”