18 aprel 2024 08:52
139

Ağdamda minaatan qurğular aşkar edilib

Ağdam rayonunda minaatan qurğular aşkar edilib.

“İki sahil” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Yeni Qaralar kəndi ərazisindən 2 minaatan qurğusu, 3 avtomat, 53 mərmi, 1 qumbara, 2 partladıcı detonator, 2 000-dən çox patron və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.