İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu beynəlxalq standart əsasında AZS ISO 30414:2024 “İnsan resurslarının idarə edilməsi. İnsan kapitalına dair daxili və xarici hesabatvermə üzrə rəhbər qaydalar” yeni dövlət standartını qəbul edib.
"İki sahil" bu barədə İnstituta istinadən xəbər verir.
Məlumata görə, yeni dövlət standartının ölkədə tətbiqi müəssisə və təşkilatlarda insan resurslarının idarəedilməsinə o cümlədən, insan kapitalına dair daxili və xarici hesabatvermə prosedurlarının beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə imkan yaradacaq. Standart iş yerində insan hüquqlarının prinsiplərini rəhbər tutur və insan kapitalı məlumatlarının toplanması, ölçülməsi, təhlili və hesabatı üzrə rəhbər qaydaları müəyyən edir.
Standart “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır