Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyasının prezidenti Dennis Francisin dəvəti ilə ABŞ-a səfər edib.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, nazir aprelin 19-da Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının Dayanıqlılıq Həftəsi çərçivəsində təşkil olunacaq “Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid” mövzusunda tematik müzakirələrdə iştirak edəcək.
Tədbirdə enerji əlçatanlılığı, dekarbonizasiya sistemlərinə keçid, enerji bağlantıları, bərpa olunan enerji mənbələrinə investisiyaların təşviqi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır