18 aprel 2024 15:59
300

Yüksək bal toplasalar da müsabiqədən kənarda qala bilərlər - Kamran Əsədovdan XƏBƏRDARLIQ

Təhsil eksperti Kamran Əsədov «İki sahil»ə açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituryentlər mütləq şəkildə əvvəlki illərin balları ilə yola çıxmamalıdırlar.

Onlar təkcə Abituryent 2 jurnalı ilə yola çıxsalar  yüksək bal toplasalar belə müsabiqədən kənarda qala bilərlər. Ona görə də yaxşı olar ki, Dövlət İmtahan Mərkəzinin çap etdiyi abituryentlərin sayı, həmçinin, Abituryent-4 jurnalının 2024-cü il nüxsəsinin 2023-cü il nüxsəsi ilə müqayisə edəndən sonra baxsınlar ki, qəbul plan yerlərində hansı artımlar var, yaxud da ki, özlərinin topladığı baldan yuxarıdı neçə abuturyent var.

Ekspert hesab edir ki, bu statistik təhlildən sonra rahatlıqla abituryentlər ixtisas seçimlərini özləri edə bilirlər: "Tövsiyyə edirəm ki, abituryentlər mütləq şəkildə o ixtisasları seçsinlər ki, gələcəkdə peşə fəaliyyəti ilə həmin ixtisas üzrə məşğul ola biləcəklər." 

Şəmsiyyə Əliqızı, «İki sahil»