Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 30 yeni dövlət standartı qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfəyədək artıb.
“Yeni standartların qəbulu məhsul və xidmətlərin keyfiyyət, uyğunluq və təhlükəsizlik göstəricilərinin artırılmasına xidmət etməklə istehlakçıyönümlü siyasətin uğurla davam etdirilməsinə şərait yaradır”, - M.Abbasbəyli qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır