18 aprel 2024 16:14
165

Ramanada evdə 2 nəfər dəm qazından zəhərlənərək ölüb

Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.