18 aprel 2024 16:48
164

Məşhur milyarderlə bağlı SENSASİYALI FAKTLAR ÜZƏ ÇIXDI

Almaniyanın ən zəngin iş adamlarından biri və “Tengellman" şirkətinin sahibi Karl Erivan Haub 2018-ci ildə xizək gəzintisi üçün getdiyi Alp dağlarında yoxa çıxıb. Həmin tarixdən etibarən ondan bir daha xəbər alınmayıb.  2021-ci ilin may ayında Alman məhkəməsi 3 ildir tapılmayan 58 yaşlı milyarderin rəsmi olaraq öldüyünü elan edib. 

İş adamı həqiqətən ölübmü?

Alman mediası gündəmi bir müddətdir zəbt edən iddialar irəli sürür. 

Belə ki, RTL telekanalının araşdırmasına əsasən, xizək sürərkən qəza nəticəsində öldüyü güman edilən milyarderin əslində sağ olduğu, Moskvada gənc bir qadınla yaşadığı iddia edilir.  Yeni dəlillərə görə, məşhur milyarder özünü ölmüş kimi göstərib və Veronika Ermilova adlı gənc qadınla saxta şəxsiyyətlə həyatını davam etdirir.

"Zeit Online"ın 11 aprel tarixli xəbərinə görə isə məşhur milyarderin ölümündən sonra şirkəti təhvil alan Karl Erivan Haubun kiçik qardaşı Kristian Haub and içərək yalan ifadələr verdiyi iddiası ilə Köln prokurorluğuna çağırılıb.

İndi prokurorluq qardaşının sağ ola biləcəyi ilə bağlı heç bir məlumatı olmadığını deyən Kristian Haubun yalan məlumat vermə ehtimalını araşdırır.

Alman mediası yazır ki, prokurorlara təqdim edilən sübutlarda Haub və onun gənc sevgilisi ilə bağlı diqqətçəkən detallar ortaya çıxıb.

Sözügedən dəlillərə görə, məşhur milyarder yoxa çıxmazdan əvvəlki günlərdə gənc sevgilisi ilə bəziləri bir saatdan çox davam edən telefon danışıqları edib.