Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) arasında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.
“İki sahil”in İqtisadiyyat Nazirliyinə istinadla verdiyi məlumata görə, bu barədə müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və AQEM-in Baş katibi Kayrat Sarıbay arasında aparılıb.
Görüşdə AQEM-də sədrliyin Azərbaycana keçməsindən məmnunluq ifadə olunub.
Tərəflər Azərbaycanın AQEM-də, o cümlədən AQEM-in İşgüzar Şurasında sədrliyinin prioritetləri, 2024-cü ilin 4-cü rübündə Bişkekdə keçirilməsi planlaşdırılan İşgüzar Şuranın yeddinci plenar sessiyasına və doqquzuncu Biznes Forumuna hazırlıq, bununla yanaşı regional iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıblar.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır