18 aprel 2024 19:24
160

Keniyada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

Keniyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var.

“İki sahil” xəbər verir ki, bu barədə Keniyanın “Nation” qəzeti məlumat yayıb.

Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Nəşrin məlumatına görə, helikopter havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Helikopterdə olanların kimliyi bilinmir.