Bu il Azərbaycanda nominal ümumi daxili məhsul (ÜDM) istehsalı 129,34 milyard manata və ya 76,08 milyard ABŞ dollarına çatacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib. Real ifadədə ÜDM artımı 1,5 % səviyyəsində proqnozlaşdırılır.
Reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ilin sonuna Azərbaycanda adambaşına düşən ÜDM-nin 7 364,82 ABŞ dollarına yüksələcək. Bu göstəricinin real artımı 0,5 % səviyyəsində proqnozlaşdırır.
"S&P"nin inflyasiya ilə bağlı gözləntilələri 3,5 % səviyyəsindədir.
Bundan başqa, bu il Azərbaycanda investisiya qoyuluşları 15,84 % artaraq ÜDM-in 3 %-nə çatacağı gözlənilir.
Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4 % (2023-cü ildəki 1,1 %-ə qarşı), orta illik inflyasiyanı isə 5,3 % (8,8 %) səviyyəsində proqnozlaşdırır.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır