18 aprel 2024 21:23
159

Şolts: NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər

NATO-ya üzv ölkələr Ukraynanı altı "Patriot" sistemi ilə təchiz edə bilər.

“İki sahil” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Onun sözlərinə görə, Almaniyadan gətirilən sistemlə birlikdə “Patriot”ların ümumi sayı yeddiyə çata bilər.

“Biz eşitmişik ki, onların sayı yeddi ədəd olmalıdır. Biri bizimdir, ümid edirik ki, əlavə altısı da tapılacaq”, - kansler qeyd edib.

Xatırladaq ki, bir müddət öncə Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Avropa İttifaqı ölkələri öz anbarlarında saxlanılan “Patriot” sistemlərini Kiyevə göndəməlidir.