19 aprel 2024 08:29
156

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınması istiqamətində nəzarət tədbirləri daha da gücləndirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları bu istiqamətdə birgə tədbir keçiriblər. Qanun pozuntusuna yol verən şəxslərlə profilaktik söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib.