Bu ilin birinci rübündə Energetika Nazirliyi və tabeli qurumlara 2 052 vətəndaş müraciəti daxil olub.
“İki sahil”in nazirliyə istinadən verdiyi məlumata görə, müraciətlərin 1 662-si müvafiq qaydada icra edilib, 240-ı isə məlumat xarakterli olub (müraciətin geri götürülməsi, təşəkkür və digər). 150 müraciət isə icradadır.
Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, icazələrin verilməsi və digər mövzularla bağlı olub.
Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 87 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır