19 aprel 2024 10:06
158

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

Almaniyanın “Bayer 04” klubu “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, Leverkuzen təmsilçisi ardıcıl 44 oyunda uduzmamaqla buna nail olub.

Xabi Alonsonun yetirmələri son olaraq UEFA Avropa Liqasının 1/4 final mərhələsində İngiltərə “Vest Hem”i ilə səfərdə bərabərə qalıblar – 1:1. “Bayer 04” 2011/2012 mövsümündə ardıcıl 43 matçda uduzmayan İtaliya təmsilçisi “Yuventus”un rekordunu yeniləyib.

Qeyd edək ki, cari mövsüm heç bir oyunda uduzmayan “Bayer 04” Bundesliqada çempionluğu rəsmiləşdirib, Almaniya Kubokunda finala, Avropa Liqasında isə yarımfinala yüksəlib.