Ötən il Hesablama Palatasının audit və analitik fəaliyyətini əhatə edən 45 dövlət maliyyə-nəzarət tədbirlərinin 42,2 %-i ilk dəfə həyata keçirilib.
“İki sahil” xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, son iki ilin göstəricisi əvvəlki illərlə müqayisədə bir qədər çoxdur: "Bunun da əsas səbəbi büdcə xərclərinin artması, büdcə sifarişlərinin genişlənməsidir, nəticədə də yeni audit predmentləri yaranır".
V. Gülməmmədov qeyd edib ki, ötən il müvafiq icra hakimiyyəti orqanlarının təklifi əsasında 4 yeni tədbir, deputat və Hesablama Palatasının üzvlərinin təklifi əsasında isə 2 tədbir daxil edilib.
O bildirib ki, bütün dəyişikliklər ümumi iş planın 13 %-ni təşkil edib.
Hesablama Palatasının Kollegiyası tərəfindən 2023-cü ildə 41 audit və 4 analitik tədbirin keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Nəticələrin rəsmiləşdirilməsi 2024-cü ildə olan 1 tədbirdən başqa, bütün tədbirlər başa çatdırılıb".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır