19 aprel 2024 12:29
135

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

“Qırğızıstan Prezidenti ilə məhdud tərkibdə danışıqlar apardıq, münasibətlərin genişləndirilməsinə sadiq olduğumuzu təsdiqlədik”, - Kasım-Jomart Tokayev qeyd edib.

O sənədin Qazaxıstan-Qırğızıstan əlaqələrinin inkişafına yeni təkan verəcəyini vurğulayıb.

S.Japarov isə bildirib ki, danışıqlar strateji tərəfdaşlıq ruhunda keçib.