19 aprel 2024 12:49
131

Aİ yaya qədər Ukraynaya vəsait tapmağı planlaşdırır

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Jan-Noel Barrot bildirib ki, Avropa İttifaqı yayın əvvəlinə qədər Ukraynaya uzunmüddətli əsasda yardım göstərmək üçün vəsait tapmağı planlaşdırır.

“İki sahil”  RİA Novosti-yə istinadla xəbər verir ki, diplomat bu barədə "Sud Radio"nun efirində bildirib.

“Məqsədimiz odur ki, yaya qədər Avropa Ukraynaya müqavimətini uzunmüddətli əsasda maliyyələşdirmək üçün vəsait məsələsini həll etsin”, - o deyib.

Amma Barro bu planın heç bir təfərrüatını açıqlamayıb.

Daha əvvəl məlum olub ki, Avropa Komissiyası Ukraynanın “islahat planını” təsdiqləyib və bunun üçün ilk 1,89 milyard avronu ayıracaq.