19 aprel 2024 14:28
143

Bakıda yaşayış binasında yanğın - Xəsarət alan var

Bakıda yaşayış binasında yanğın olub.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 m² olan 5 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası, 1 ədəd paltaryuyan və 1 ədəd qabyuyan maşın yanıb.

Yüksək temperaturdan 3 p.m mətbəx mebeli qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.