19 aprel 2024 15:11
144

Tovuzda oğlan 12 yaş böyük sevgilisini yandırdı

Tovuzda qadın ağır yanıq xəsarətləri alıb.

“İki sahil” xəbər verir ki, rayon sakini 2002-ci il təvəllüldü Röyal Tağıyev qeyri-rəsmi münasibətdə olduğu Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Trend-ə bildirib ki, hadisə nəticəsində T.Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alıb. O, Bakıda Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.