19 aprel 2024 17:04
173

Hakan Fidan iranlı həmkarı ilə regiondakı son hadisələri müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, qarşı tərəfin xahişi ilə baş tutan danışıq zamanı regionda baş verən son hadisələr müzakirə olunub.