Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda sentyabr ayında Yaponiyanın Osaka şəhərində keçiriləcək "JATA Tourism Expo" sərgisində Azərbaycanın iştirakı və Yaponiyada Azərbaycan haqqında məlumatlılığın artırılması ilə bağlı layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı tanınmış yaponiyalı serial və film mütəxəssisi Fukuzava Katsuonun may ayında Azərbaycana səfər edərək ölkəmizin görməli yerləri ilə tanış olması və Azərbaycanın turizm imkanlarını əks etdirən verilişlər hazırlaması təklif edilib.
Müzakirələr zamanı qarşılıqlı turist səfərlərinin təşviq edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır