20 aprel 2024 09:50
395

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Aprelin 20-də Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans işə başlayıb.

“İki sahil” xəbər verir ki, konfransın açılış mərasimində AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Türk Tarix Qurumunun rəhbəri, professor Yüksel Özgen, Qazaxıstan Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin Tarix və Etnologiya İnstitutunun baş direktoru, Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü, professor Ziyabek Kabuldinov, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Azamat Ziyo çıxış edəcəklər.

Konfransın bölmə iclaslarında “Qafqaz Albaniyasının tarixi coğrafiyası və arxeologiyası”, “Qafqaz Albaniyasının daxili vəziyyəti. Beynəlxalq əlaqələr və xarici siyasət”, “Qafqaz Albaniyasında yazı, din və mədəniyyət”, “Qafqaz Albaniyasının əhalisi və varisləri” mövzusunda müzakirələr aparılacaq, Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinləniləcək.