20 aprel 2024 10:44
171

Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb

Göygöldə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Eşqin Bayramov idarə etdiyi "VAZ 21014" markalı avtomobillə Göygöl şəhəri, Azay Kazımov küçəsində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə o, həmin küçə ilə hərəkət edən piyada Nemət Verdiyevi vurub. Sonuncu müxtəlif xəsarətlər alaraq hadisə yerindəcə ölüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.