20 aprel 2024 14:20
210

Yanvar-mart aylarında Türkiyənin İsrailə sement məhsulları ixracının həcmi açıqlanıb

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin İsrailə sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalaraq, 67,8 milyon dollara bərabər olub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə İsrailə 25,1 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 38,2 faiz azdır”, – deyə nazirlikdən qeyd edilib.

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına sement məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 7,4 faiz azalaraq, 1,1 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 390 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024) Türkiyə 4,5 milyard dollar məbləğində sement məhsulları ixrac edib.