20 aprel 2024 14:26
165

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Ermənistanın Sərdarabad rayonunun Mehrablı kəndinin sakinləri suvarma suyunun qiymətinin baha olmasına etiraz olaraq Marqara-Böyük Qarakilsə yolunu bağlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Etirazçılar bağlarını suvarma suyunun qiymətinin çox baha olduğu üçün sulaya bilmədiklərini deyiblər. Yüzdən çox yerli sakin yolu bağlayaraq, Ermənistan hökumətinin nümayəndələri ilə görüş tələb ediblər.

Sakinlərin sözlərinə görə, polis müdaxilə edərək danışıqlar aparmağa çalışıb, lakin etirazçılar yolu açmaq fikrində deyillər.