20 aprel 2024 15:15
178

Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Brüssel şəhərindəki mənzil qərargahında "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" dəyişdirilmiş redaksiyada Kioto Konvensiyasının İdarəetmə Komitəsinin 33-cü iclasında iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Kioto Konvensiyasının ümumi və xüsusi əlavəsinin müvafiq fəsillərinə izahatların, arayışların yenilənməsi məqsədilə təşkil olunan tədbirdə DGK-nın Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi Orxan Nuriyev iştirak edib.

İclasda mənşə ölkəsi üzrə təlimatlar layihəsi, gömrük hüquqpozmaları, tranzit, gömrük anbarları və sərbəst zonalar, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub.

İclasda üzv ölkələrin qabaqcıl təcrübələri paylaşılaraq təklif və rəyləri dinlənilib.