20 aprel 2024 18:31
173

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

İsveçli atlet Arman Dyuplantis Brilliant Liqası mərhələsində şüvüllə tullanmada 6.24 metrlik yüksəkliyi aşaraq, yeni dünya rekordunu müəyyənləşdirib. Yarışlar Çinin Syamen şəhərində keçirilir.

“İki sahil” xəbər verir ki, əvvəlki dünya rekordu (6,23 metr) da Dyuplantisə məxsus olub və 2023-cü ilin sentyabrında Brilliant Liqasının finalında müəyyən edilib.

Dyuplantis 24 yaşındadır və karyerasında artıq səkkizinci dünya rekordunu vurmağa nail olub. İsveçli idmançı Olimpiya çempionudur, o, iki dəfə dünya və Avropa çempionatlarının qalibi olub.