20 aprel 2024 18:51
187

"Xəzri"nin baş məşqçisi: Yersiz top itkiləri məğlubiyyətə səbəb oldu

Yersiz top itkiləri oyunumuza təsir etdi və bu matçı məğlubiyyətlə başa vurmağımıza səbəb oldu.

“İki sahil” xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen "Neftçi"yə 61:65 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Bu matç gecə ilə gündüz kimi idi. İlk yarıda istədiyimiz kimi oynadıq. Üçüncü perioddan sonra isə müdafiədəki aqresivliyimizi itirdik və hücumda yanlış qərarlar verdik. Çox top itirdik. Ona görə də rəqib bundan yaxşı istifadə edib görüşə ortaq oldu".

Murat Dikmen son periodda matça nəzarət edə bilmədiklərini söyləyib: "30 dəqiqə hesabda öndə oyandıqdan sonra rəqibin üstünlüyü ələ alması oyunuçlarımda təzyiq yaratdı. Əslində orada elə də çox fərq yox idi. "Neftçi" foul limitində idi ancaq biz isə hücumda yanlış addımlar atırdıq. Hələ yolun əvvəlindəyik. Təbii ki, bunlar bir bəhanə deyil yenidən daha çox çalışıb hədəfə yönəlməliyik".