Energetika naziri Pərviz Şahbazov BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensislə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Trinidad və Tobaqonun BMT yanındakı daimi nümayəndəsi bildirib.
“Azərbaycanın ilk dəfə keçirilən BMT-nin Dayanıqlılıq Həftəsində və xüsusilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində DİM-lərə (Dayanıqlı İnkişaf Məqsədləri – red.) verdiyi töhfəni yüksək qiymətləndirirəm. Azərbaycanın “yaşıl enerji”yə keçidi sürətləndirmək səylərini və COP29 zamanı enerji keçidini təşviq etmək öhdəliyini alqışlayıram”, – o qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır