21 aprel 2024 16:21
210

Türkiyə DİN: İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb - VİDEO

İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

“Ölkənin 4 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, - paylaşımda deyilir.

DİN-in məlumatına görə, son bir il ərzində Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.