“Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsi istiqamətində ciddi işlər görülür. Çin və Azərbaycan ikitərəfli münasibətləri yüksək səviyyəyə qaldırmaq üçün tarixi fürsət əldə ediblər.
“İki sahil” xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan Çinə siyasi dəstək göstərir:
“Çin Azərbaycanın beynəlxalq nüfuzunu alqışlayır və COP29 çərçivəsində Azərbaycanı dəstəkləyir. Bu gün "Bir kəmər, bir yol" təşəbbüsünün Transxəzər marşrutu ilə birləşdirilməsi istiqamətində ciddi işlər görülür. İki ölkə arasında alternativ enerji mənbələri istiqamətində əməkdaşlıq mövcuddur. Azərbaycan Çində 5 ticarət evi açıb. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb, 3,1 milyard dollar təşkil edib. Bu da 43 faiz artım deməkdir”.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır