Azərbaycan Çinin inkişaf modellərindən səmərəli istifadə etməlidir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ziyad Səmədzadə “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Çinin inkişaf modelində müsbət məqamlar çoxdur: "Qədim İpək yolunun bərpası Azərbaycan üçün daimi kapital, daimi inkişaf mənbəyidir. Qədim İpək yolunun bərpası birqütblüyün aradan qaldırılmasına töhfə verir. Çinlə əlaqələrimizin inkişafı ilk növbədə ölkələrimiz arasında daxili bazarın qorunması, yeni investisiyaların cəlbi və iqtisadiyyatın canlanması deməkdir. Biz Çinin özünü doğruldan inkişaf modellərindən səmərəli istifadə etməliyik”.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır