Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda aksiz markasız siqaretlər aşkar edib.
“İki sahil”in DGK-ya istinadən verdiyi məlumata görə, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin və Gəncə Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 1 milyon 080 min ədəd müxtəlif markalı siqaretlər aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsi bir daha vətəndaşların diqqətinə çatdırır ki, iri vergi tutumlu aksiz markası ilə markalanmalı və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların (siqaretlər, alkoqollu içkilər və s.) qanunsuz idxalı, satışı, əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi, habelə bu qəbildən olan digər hərəkətlər dövlətin, bu sahədə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, habelə istehlakçıların mənafeyinə ziyan vurur və qətiyyən yolverilməzdir.
Faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırmalar davam etdirilir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır