Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədr əvəzi professor Ahmet Emre Bilgili Azərbaycanda səfərdədir.
“İki sahil” xəbər verir ki, sədr əvəzi Bakıda iki kampusu olan Beynəlxalq Maarif Məktəblərində yaradılmış şəraitlə tanış olacaq.
Ahmet Emre Bilgili Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə də görüş keçirib. Görüşdə Beynəlxalq Maarif Məktəblərinin fəaliyyətləri və gələcək hədəfləri müzakirə edilib.
Həmçinin, o, Bakı Beynəlxalq Maarif Məktəbində keçiriləcək tədbirdə bir sıra açıqlamalar verəcək.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib