Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 1 aprel 2024-cü il tarixinə investisiya portfelinin 69.5%-ni ABŞ dolları təşkil edib (31 dekabr 2023-ci il tarixinə bu göstərici 67.5% olub – red.), bu da ilin əvvəlinə qeyd olunan göstərici ilə müqayisədə 2 faiz bəndi çoxdur.
“İki sahil” Neft Fondunun hesabatlarına əsasən xəbər verir ki, 2024-cü il 1 aprel tarixinə avro ARDNF-in investisiya portfelinin 19,4%-ni, funt sterlinq – 4,9%-ni, Çin yuanı – 1,1%-ni, Yaponiya yeni – 1,5%-ni, digər valyutalar isə 3.6%-ni təşkil edib.
Məlumata görə, Fondun ABŞ dolları portfelinin 7 499 mln. dollarlıq hissəsini (13.2%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 57 014,1 mln. dollara çatıb.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır