23 aprel 2024 09:05
189

Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, metronun "Qara Qarayev" stansiyasının yanında avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Çernişen Denis Aleksandr oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.