23 aprel 2024 10:25
319

Dünyanı ən çox narahat edən problemlər

Qlobal problemlər zamanla dəyişir. 2020-ci və ya 2021-ci ildə koronavirus mətbuatda baş xəbər olub. 2022-ci ildə başlıqlarda Rusiya-Ukrayna münaqişəsi üstünlük təşkil edirdi, 2024-cü ildə isə iqtisadiyyat və təhlükəsizlik iki aparıcı mövzuya çevrilir.

“İki sahil” xəbər verir ki, bu barədə geniş metodologiyalar spektrindən istifadə edərək marketinq tədqiqatlarını aparan “Ipsos” şirkətinin hesabatında deyilir.

“Ipsos”a görə 2024-cü ildə dünyanı narahat edən əsas problemlər aşağıdakılardır:

1. İnflyasiya (35 faiz)

2. Yoxsulluq və sosial bərabərsizlik (30 faiz)

3. Cinayətkarlıq və zorakılıq (30 faiz)

4. İşsizlik (27 faiz)

5. Siyasi və ya maliyyə korrupsiyası (26 faiz)

6. Səhiyyə (22 faiz)

7. İqlim dəyişməsi (17 faiz)

8. Vergilər (16 faiz)

9. Miqrasiya nəzarəti (16 faiz)

10. Təhsil (14 faiz)

11. Ölkələr arasında hərbi münaqişə (10 faiz)

12. Mənəvi tənəzzül (10 faiz)

13. Ətraf mühit təhdidləri (9 faiz)

14. Terrorizm (8 faiz)

15. Ekstremizmin artması (8 faiz)