23 aprel 2024 11:09
160

Nurməmməd Cavadov: Ulkan stansiyasının inşası zamanı hiss edirdik ki, azərbaycanlılar və Heydər Əliyev bizimlədir

Biz Ulkan stansiyasının inşası zamanı hiss edirdik ki, azərbaycanlılar və Heydər Əliyev bizimlədir.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baykal-Amur magistralının (BAM) tikintisi zamanı Azərbaycandan göndərilmiş komsomol briqadasının komandiri olmuş Nurməmməd Cavadov deyib.

N.Cavadov qeyd edib ki, onlar 1975-ci il martın 22-də Ulkana helikopterlə gətiriliblər:

"1975-1998-ci illərdə mən orada işləmişəm. Ulkan və Anqolun tikintisində şəxsən iştirak etmişəm. Orada yalnız azərbaycanlılar üçün yox, hamı üçün evlər tikilirdi. Ulkanda ilk vaxtlar əsas çətinlik havanın soyuq olması idi. Ancaq ümumilikdə böyük çətinliyimiz olmurdu. Heydər Əliyev oraya gəlib vəziyyətlə tanış olmuşdu. Qəsəbəyə Azərbaycandan mədəniyyət xadimləri, idmançılar da gəlirdi".