23 aprel 2024 16:15
373

DSX Qubadlıda yeni inşa olunmuş yaşayış binasını istifadəyə verib

Dövlət Sərhəd Xidməti (DSX) Qubadlıda yeni inşa olunmuş yaşayış binasını istifadəyə verib.

Bu barədə “İki sahil”ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprel ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası xidməti istifadəyə verilib.

Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev xidməti istifadəyə verilmiş yaşayış binasında yaradılmış şəraitlə tanış olub və xidməti mənzillərə baxış keçirib.

Bildirilib ki, yeni istifadəyə verilmiş 3 mərtəbəli yaşayış binası 19 mənzil, 3 istirahət otağı olmaqla ümumi 86 çarpayıdan ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub.