23 aprel 2024 18:41
257

Füzuli, Zəngilan və Laçın rayonlarında uşaq və valideynlər üçün təlimlər keçirilib - FOTO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ailə, qadın və uşaq sahəsində problemlərin həlli, habelə hədəf qruplarının müvafiq xidmətlərlə əhatəsinin gücləndirilməsi məqsədilə, işğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələr və uşaqlarla psixo-sosial işin təşkili layihəsi həyata keçirilir.

“İki sahil” xəbər verir ki,  layihə çərçivəsində Füzuli, Zəngilan və Laçın rayonlarında "Uşaq və valideynlərin sosial ünsiyyət bacarıqlarının artırılması" mövzusunda təlimlər keçirilib.