Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Metyu Brayza deyib.
O qeyd edib ki, sərhədlərin demarkasiyası məsələsi müəyyən vaxt ala bilər.
M.Brayza Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına da münasibət bildirib, o bu hadisədən şoka düşdüyünü bildirib:
"Ermənilər sülhməramlıların burada daimi qalmasını istəyirdi, çünki düşünürdülər ki, Rusiya onları həmişə qoruyacaq. Ancaq üçtərəfli sazişə əsasən onların fəaliyyəti limitli idi və artıq regionu tərk edirlər. Paşinyanın KTMT-dəki fəaliyyətini dondurmaq qərarından və Ermənistan Aİ-yə üzv olmaq niyyətindən sonra vəziyyət dəyişdi".
M.Brayza noyabrda ABŞ-da keçiriləcək seçkilərə də münasibət bildirib. O qeyd edib ki, əgər Donald Tramp hakimiyyətə gəlsə, ABŞ-nin həm xarici, həm də daxili siyasətində daha bir çılğınlıq dövrü yaşanacaq.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib