24 aprel 2024 00:23
596

Dünyanın gizli otelləri - FOTOLAR

Əgər turistlərin sıx olduğu çimərliklərdən uzaqda tənha bir tətilə üstünlük verirsinizsə, bu otellərdən qətiyyən imtina edə bilməyəcəksiniz. Onların hamısı sualtı sığınacaqlardan tənha səhra kotteclərinə, uçurumdakı yaşayış yerlərindən ağac üstü daxmalara qədər planetin ən gizli və uzaq otellərini kəşf etməyə" həsr olunmuş yeni "Dünyanın ən yaxşı gizli otelləri” adlı Britaniya şousunda göstərilib.

“Kaervenfor” kotteci - Uels

Qayalarda daş kottec 500 milyon il əvvəl yaranmışdır.

“Yalançı” bunker - Uels

Alman bombardmançılarını yaxınlıqdakı strateji hədəflərindən gizlənmək üçün tikilmiş İkinci Dünya Müharibəsi bunkeridir. İndi dəbdəbəli, elit bir oteldir.

“Burgh Island” oteli - Devon, İngiltərə

1929-cu ildə ilk dəfə açıldığı zaman otel 1920-ci illərin cəmiyyətinin qaymaqlarını özünə cəlb etmişdi: onun məşhur müştəriləri arasında birmalı Earl Mountbatten, dramaturq Noel Kovard və aviator Ami Conson var idi. Bu gün qonaqlar “Art Deko” qlamurundan həzz almaq üçün buraya gəlirlər. Bununla belə, bu otelin xərclərini qarşılamaq asan məsələ deyil, xüsusən də otelin varlığı gündəlik su axınından asılıdır.

“Sextantio Le Grotte della Civita” oteli - Matera, İtaliya

Bu qədim qayaüstü yaşayış məskəni yer üzündə daimi yaşayış olan ən qədim məkanlardan biri hesab olunur. Otel 30 metr dərinlikdə qazılmış mağaralarda yerləşir və “monastır sadəliyi” ilə seçilir: televizorlar, minibarlar və ya elektrik yoxdur, işıqlandırma üçün şamlardan istifadə edilir.

“Şinta Mani Vayld” otel - Kamboca

Bu otel səhrada, dərinlikdə yerləşən 15 çadır kompleksidir. Otelə yalnız 400 metr uzunluğunda kanat yolu ilə çatmaq olar.

“Jumbo Stay” - Arlanda Hava Limanı, Stokholm, İsveç

Bu, “Boeing 747” təyyarəsində qurulmuş dünyada ilk oteldir. Yarandığı dövrdən indiyə qədər inşa edilmiş ən böyük sərnişin təyyarəsi 2002-ci ildə istismardan çıxarılıb və 32 otaqlı otel kimi istifadəyə verilib.

“Maşpi Lodge” - Ekvador

Bu otel dəniz səviyyəsindən 1200 metr yüksəklikdə, 17 min hektar tropik meşədə yerləşir. Tikintisi maddi-texniki cəhətdən çətin olub. Çünki memarlar unikal yaşayış mühitini qoruyub saxlamağa və ziyarətçilərin ərazinin gözəlliyini hiss edə bilməsi üçün eko-otel yaratmağa çalışırdılar.

“Vadi Rum Babl” luks otel - İordaniya

Bu lüks otel səhra yaşayış yerlərindən daha çox Marsda kosmik gəmilərə bənzəyən qeyri-adi şəffaf “köpüklü” çadırlar kompleksidir. Ərzaq və ləvazimatlar həftədə bir dəfə 330 kilometrlik quraq səhradan buraya daşınmalı, su isə həddindən artıq istidə hər gün on kilometr məsafədən çatdırılır.

“Denend” - Aberdinşir, Şotlandiya

Əsrlər boyu ferma işçilərinin arpa biçməyə gəldiyi yerdə tənha butik otel yaradılmışdır.

“Kakslauttanen” - Urho Kkonen Milli Parkı, Finlandiya Laplandiyası

Kurort 6,5 kvadratkilometrlik böyük bir ərazini əhatə edir və meşəyə səpələnmiş fərdi evlərdən ibarətdir. Evlərin şimal işıqlarına panoramik mənzərəsi vardır.

“Free Spirit Spheres” oteli, Vankuver, Kanada. Gəminin dərinliyində, beş hektar ərazidə, ağaclardan asılmış şarlardan hazırlanmış unikal otel yerləşir. Keçmiş energetika mühəndisi və qayıq inşaatçısı tərəfindən hazırlanıb.

“Harlingen Harbour Crane” otel - Hollandiya

Bu, əvvəllər işləyən kran imiş, 1996-cı ilə qədər Rusiya və Skandinaviyadan taxta yüklərin boşaldılması üçün istifadə edilmişdir. “Otel” 17 metr hündürlükdədir.

Nubar Süleymanova, “İki sahil”